Tanınmış məzunları BDU-dan nələr dedi?

Hazırda oxunan: Tanınmış məzunları BDU-dan nələr dedi?

105997
Bu gün Azərbaycanın qocaman ali məktəbinin yaranmasından 96 il ötür.
xa0
Bakı Dövlət Universiteti bu 96 ildə böyük siyasi xadimlər, elm adamları, siyasətçilər və başqa sahələr üzrə tanınmışlar yetişdirib.
xa0
Axar.az BDU-nun 96 illiyi ilə bağlı sözügedən təhsil ocağının məzunu olmuş tanınmışlardan bir neçəsinin fikirlərini öyrənib.
xa0
Deputat Fazil Mustafa hesab edir ki, onların dövründə bu universitetdə kifayət qədər sağlam, qismən demokratik mühit olub:
xa0
“Ona görə də, belə bir mühitdə sanballı müəllimlərin olması, ölkədə ictimai ab-havanın müəyyən dərəcədə debatlara açıq olması universitet mühitindən faydalanmağımıza kifayət qədər imkan verdi.
xa0
BDU bizim üçün çox böyük qazanc oldu. Ona görə də universitet mühitinə çox şey borcluyam. İstərdim ki, universitet hər zaman özünü bu ampulada qəbul etdirsin”x9d.
xa0
BDU-nun professoru Qulu Məhərrəmli isə həyatda ən çox bu universitetin məzunu olması ilə fəxr edir:
xa0
“BDU Azərbaycan universitetlərinin içində çox şərəfli tarixi olan bir tədris mərkəzidir. Biz BDU-nun auditoriyalarında tamam başqa ab-hava duyuruq. BDU hər zaman fərqlənən mərkəz olub.
xa0
Düşünürəm ki, BDU-da təhsil alan, dərs deyən hər kəs fərqli bir yerdə olduqlarını heç zaman unutmamalıdır. Mənə gəlincə, bioqrafiyam bu universitetlə çox bağlıdır”x9d.
xa0
Universitetin mətbuat katibi Pərvanə İbrahimova da BDU-nun köhnə məzunlarındandır. O, ömrünün böyük hissəsinin BDU ilə əlaqəli olduğunu bildirib:
xa0
“Bakı Dövlət Universiteti mənə nə qazandırdı? Əslində, bir cümləlik sualın arxasında çox böyük məna, çox mənalı illər, unudulmaz xatirələr dayanır. Azərbayan ali məktəblərinin flaqmanı olan Bakı Dövlət Universiteti birmənalı olaraq mənə çox şey qazandırdı.
xa0
Bakalavr, magistratura, doktorantura və iş həyatımı da daxil etsək, artıq 21 ildir ki, hər səhər bu doğma ocağımızın qapılarını açmaq xoşbəxtliyini yaşayıram”x9d.
xa0
Qeyd edək ki, bu gün 96 yaşını qeyd edən BDU Azərbaycanın ilk ali təhsil müəssisəsidir. Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub ”“ Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə ”“ tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin