"Mən fəxr edirəm ki, Azərbaycanlıyam"ın ABŞ-da təqdimatı olub - FOTO

Hazırda oxunan: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"ın ABŞ-da təqdimatı olub - FOTO

105966

Şəkili məzun ABŞ-da "Mən fəxr edirəm ki, Azərbaycanliyam" mövzusunda təqdimat keçirib. 

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, Gülşən İsmayılova şəhərin 8 nömrəli məktəbinin məzunudur.

Hazırda Gülşən ABŞ-ın Nyu-Meksika ştatının Rio Rancho şəhərinin “Rio Rancho High School” adlı tədrisl ocağında təhsil alır.

8 nömrəli məktəbin direktor müavini Yaqub İslamov Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, Gülşən bu gün də təhsil aldığı məktəblə mütəmadi əlaqə saxlayır, həyata keçirdiyi layihə və təqdimatlarda müəllimlərin fikir və təkliflərindən istifadə edir. 

Bu günlərdə isə keçmiş məzun hazırda təhsil aldığı məktəbdə "Mən fəxr edirəm ki, Azərbaycanliyam" adlı təqdimat keçirib.

Doğulduğu Şəkidən başlayaraq ölkəmizin bütün guşələri haqda görüntülü məlumat verib, tarix-memarlıq abidələri barədə danışıb. Ölkəmizin paytaxtı, onun tarixi keçmişi və müasir meqapolis şəhərə çevrilməsi haqqındakı qısa film isə izləyicilərin böyük marağına səbəb olub.
Gülşənin təqdimatında 10-dan çox ölkənin nümayəndəsi iştirak edib və mövzuya dair işi məktəb rəhbərliyi tərəfindən “Ən yaxşıların yaxşısı” kimi yüksək qiymətləndirilib. 8 nömrəli məktəbdən bildirilib ki, Gülşənin növbəti təqdimatı Şəkiyə həsr olunacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin