Tarif Şurasında xalqın da nümayəndəsi olmalıdır – Ekspertdən TƏKLİF 

Hazırda oxunan: Tarif Şurasında xalqın da nümayəndəsi olmalıdır – Ekspertdən TƏKLİF 

105916

“Son 30 ildə görməmişəm ki, Tarif Şurası hansısa qiymətləri aşağı salsın. Hətta Tarif Şurasının tənzimlədiyi qiymətlərdə də ucuzlaşma yoxdur”.

Bu sözləri Bizim.Media-ya iqtisadçı-ekspert Akif Nəsirli bildirib. Onun sözlərinə görə Tarif Şurası özbaşına qurum deyil və dövləti təmsil edir.

Əslində Tarif Şurasının tərkibində cəmiyyətin də nümayəndəsi olmalıdır ki, xalqın istəyi, vəziyyəti də bilinsin:

“Belə olarsa, məsələnin həllini obyektiv hesab etmək olar. Ölkə iqtisadiyyatında bütün istiqamətlərdə tendensiya qiymət artımına köklənib. Yalnız tarif Şurasının tənzimlədiyi qiymətlər deyil, ölkələrdə bütün qiymətlər bahalaşır. Sadəcə olaraq Tarif Şurası arxadan qaçaraq iqtisadiyyatın sürətlənən qiymətlərinə digər qiymətləri uyğunlaşdırmağa çalışır. Ona görə də bu qurum məcburən belə qərar qəbul edir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin