Yoxlamaların növbəti ünvanı hansı TEATR olacaq? – Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Yoxlamaların növbəti ünvanı hansı TEATR olacaq? – Nazirlikdən AÇIQLAMA

105856

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalarını davam etdirir. Mədəniyyət Nazirliyinin açıqlamasına görə qurum tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Qeyd edilib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub. 

Mədəniyyət Nazirliyinin bildirdiyinə görə Kukla Teatrından sonra növbə digərlərinə keçəcək.

Yoxlama həyəcanı digər teatrları da vəlvləyə salıb və daxildə ciddi gərginlik başlayıb. 

Söyləntiləntilərə görə növbəti yoxlama Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılacaq. 

Bəs, rəsmi qurum nə deyir? 

Mədəniyyət Nazirliyinin rəsmisi Nuridə Allahyarova Bizim.Media-ya  bildirib ki, bu yoxlamalar daxili və işçi qaydada aparıldığı üçün mətbuata hər hansı formada təqdim olunmasına lüzum görülmür:

“Yəni hər hansı müəssisədə ciddi nöqsanlar aşkarlanarsa, o barədə ictimaiyyətə açıqlama veriləcək. İndiki halda hər hansı məlumatın təqdim olunmasına gərək yoxdur. Əlavə edim ki, Kukla Teatrında olan açıqlamaya səbəb isə burada yaranan əsassız ajiotaj idi. Ona görə də açıqlama verildi”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin