İşdən çıxarılan nazir müavininin yaxını teatrlara niyə QƏZƏBLİDİR? – DETALLAR

Hazırda oxunan: İşdən çıxarılan nazir müavininin yaxını teatrlara niyə QƏZƏBLİDİR? – DETALLAR

105855

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərlinin Azərbaycanda fəaliyyət göstərən teatrlarla və rəhbərləri ilə qalmaqal yaşandığı bildirilir. İddialara görə Könül Cəfərli teatr rəhbərlərindən soyuq münasibət və ya narazılıq gördüyü halda, qəzəbini gizlətmir. Teatr rəhbərlərinin birbaşa onunla hesablaşmalarını tələb edir və bilərəkdən onlara problem yaradır.

Bunu etməyənlərdən isə Nazirliyə müəyyən bəhanələrlə şikayətlər edir. Hətta onlara bir şəkildə müdaxilələr də edə bilir. Məlumatlı mənbənin bildirdiyinə görə belə bir insident yaxınlarda Lənkəran Teatrında Kamal Abdullanın “Casus” əsərinin təqdimatı zamanı baş verib. Tamaşanın müzakirəsinə dayanmayan sektor müdiri əsəri “uğursuz” adlandırıb, “deyiləcək bir şey yoxdur” söyləyərək teatrı tərk edib. 

Bu cür hadisələrin davamı olaraq aparılan yoxlamalarda səbəbkar kimi Könül Cəfərlinin adı çəkilir. Onun teatrlara bu cür qəzəbinin səbəbi müxtəlif arqumentlərlə əsaslandırılır.   

Məsələyə aydınlıq gətirmək üçün birbaşa sualla Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərlini aradıq. Bizim.Media-ya açıqlamasında o söylənilən problemə aydınlıq gətirib.

Barəsindəki ittihamlarla razılaşmayan Könül Cəfərli belə əsassız fikirləri qəbul etmədiyini qeyd edib: 

“Mənim heç bir teatrla və ya rəhbəri ilə problemim yoxdur. Yayılan xəbərlər əsassızdır. Boş iddialardır. Hesab edirəm, bunlara cavab vermək məcburiyyətində deyiləm və qəbul etmirəm.

Bu, Mədəniyyət Nazirliyinin müəssisələrdə keçirdiyi hər zaman olan yoxlamalardan biridir. Kukla Teatrı da nə birinci, nə də axırıncdır. Nəinki teatrlarda, bütün müəssisələrdə yoxlamalar aparılacaq. Yənin bunun şəxsi münasibətlər zəmnində mənimlə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, ötən il də Mədəniyyət Nazirliynin Teatr sektorunun müdiri Könul Cəfərova teatr sahəsində araşdırmaların aparıldığı və xeyli problemlərin aşkarlandığını demişdi. 

Onu da qeyd edək ki, Könül Cəfərli bu yaxınlarda vəzifəsindən çıxarılan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin yaxın adamı hesab olunur. İddialara görə bu birlik komanda şəklində qurum daxilindəki neqativlərin başında gəlir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin