Məşhur aktyorumuzda hansı dəhşətli xəstəlik aşkarlandı?

Hazırda oxunan: Məşhur aktyorumuzda hansı dəhşətli xəstəlik aşkarlandı?

105769
Dünən Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilən əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu bu gün xəstəxanadan evə buraxılacaq.
 
Bu barədə Publika.az-a aktyor özü məlumat verib:
 
“Dünən xəstəxanaya adam gətirmişdik, amma bəlli oldu ki, elə özüm xəstəyəm. Həkimlər üzümə baxıb dedilər ki, rənginiz xoşumuza gəlmir, təcili müayinə olunmalısınız. Onlar qaraciyərimdə problem olduğunu dedilər, ancaq dəqiq diaqnoz  analizlərin cavabından sonra bəlli olacaq. Heç vaxt qaraciyərimlə bağlı narahatlığım olmayıb, ağrılarım yoxdur, içən də olmamışam. Birazdan həyat yoldaşım da yanıma gələcək. Müayinələrin cavabı bir azdan bilinəcək”x9d.
 
Aktyor xəstəxanada qala bilmədiyni də bildirib:
 
“Xəstəxanada qalmaq mənə çətindir. Evə getmək istəyirəm. Görüm, nəticə nə olacaq, axşam buradan çıxmağı düşünürəm”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin