Elm və Təhsil Nazirliyində YENİLİK - İdarələrdən birinin adı dəyişdi

Hazırda oxunan: Elm və Təhsil Nazirliyində YENİLİK - İdarələrdən birinin adı dəyişdi

105743

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin adının dəyişdirilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Tələbələrə DİPLOM verilməyəcək – Yeni QANUNA GÖRƏ…


Qərara əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsi adlandırılıb. 

Həmçinin qərara müvafiq olaraq “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 yanvar tarixli 5 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 51) 2-ci hissəsindən və 3.2-ci bəndindən “De-institutlaşma və” sözləri çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin