2023-cü ildə 17 minə yaxın vətəndaş özünüməşğulluq proqramına cəlb ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclasında komitə sədri Musa Quliyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Pensiyaçılara ŞAD XƏBƏR – 455 manat…
O bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub.
Qeyd edilib ki, bu, Fondun qarşıya qoyduğu 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq.
Bizim.Media