Bakı və Abşeronda, eləcə də ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, mövsüm başlayandan bu günədək payız əkin planına uyğun olaraq ölkə ərazisində 528 min ağac əkilib, 28 ton toxum səpilib.
“Meşəbərpa tədbirləri bu gün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, Quba, Şabran, Şamaxı, Lənkəran, Masallı, Tovuz, Şəmkir, Sabirabad, Bərdə və Ağcabədi rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib, gün ərzində 34 000 ağac əkilib, 3000 kiloqram toxum səpilib”, - o deyib.
Nazirlik sözçüsü ağacəkmə tədbirlərində yaxından iştirak edən və ölkəmizin ətraf mühitinə töhfə verən bütün dövlət və özəl qurumlara, qeyri-hökumət təşkilatlarına və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:21 / 22.11.2022
Payız əkin mövsümü başlayandan 500 mindən artıq ağac əkilib - FOTO
Hazırda oxunan: Payız əkin mövsümü başlayandan 500 mindən artıq ağac əkilib - FOTO
Hazırda oxunan: Payız əkin mövsümü başlayandan 500 mindən artıq ağac əkilib - FOTO
105736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.