Vitse-spiker Ziyafət Əsgərov MTN-də baş verənlərdən danışdı: “Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”x9d
“Baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz”x9d. APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən son proseslərə münasibət bildirərkən deyib. Z.Əsgərov bildirib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: “Amma ümumiyyətlə, milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”x9d.
Tutulan MTN-çilərin adları açıqlandı
Saytın digər bir xəbəri isə barəsində həbs-qətimkan tədbiri seçilmiş 4 MTN əməkdaşı ilə bağlıdır. Məlumata görə, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır. Tutulanlar İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədovdur. Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib. Onun və digər general Subahir Qurbanovun barəsində Baş Prokurorluğa təqdimat da göndərilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

“MTN işi”x9d ilə bağlı daha bir həbs
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov barəsində də həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun təqdimatı əsasında Səbayel Rayon Məhkəməsinin qərarı ilə Mirəziz Əsgərov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Mirəziz Əsgərovun qərardan şikayətini isə Bakı Apelyasiya Məhkəməsi təmin etməyib. Mirəziz Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

“Qara kəmər”x9ddən sonra “Vosmoy”x9d bazarı zəbt olunub...
MTN-də kök salmış və artıq zərərsizləşdirilmiş qruplaşmanın əməllərindən zərər çəkən sahibkarlar başlarına gələnləri danışmağa başlayırlar. Belələrindən biri də Bakının “8-ci km”x9d (xalq arasında “vosmoy”x9d kimi tanınır) bazarının keçmiş sahibi Səfər Cəfərovdur. O, vaxtilə MTN-də başına açılan oyunlardan danışıb.
Virtualaz.org-un xəbərinə görə, S.Cəfərovun ailəsi böyükdür, onun səkkiz qardaşı var və qardaşlarından bir neçəsi bazarda onunla birlikdə işləyiblər. MTN-in korrupsiyalaşmış əməkdaşları da bundan istifadə ediblər. 2005-ci ilin martından sonra ona naməlum şəxs zəng edib və xəbər verib ki, maskalılar bazarda qardaşlarının başına torba keçirərək naməlum istiqamətdə aparıblar. S.Cəfərov qardaşlarının başına nə gəldiyini öyrənmək üçün təlaş içində DİN-ə, rəqiblərinə və düşmənlərinə, gümanı kimə gəlirdisə ona zəng edib. Ancaq həqiqət onun gözlədiyindən daha betər idi. Cəfərovun qardaşlarını MTN tutmuşdu. Sanki onlar bazarda alver etmirdilər, hansısa məxfi əməliyyatla məşğul idilər. Cəfərov qardaşlarını azad etdirmək üçün MTN-ə yollanır, ancaq onun özünü də tuturlar. İndi protokollarda deyildiyi kimi, “biznesmenə fiziki təzyiq göstərilir”x9d, əslində isə onu vəhşicəsinə döyüblər və azadlığa çıxa bilməsi üçün 5 milyon dollar tələb ediblər. S.Cəfərov bu qədər pulunun olmadığını deyəndə MTN müstəntiqləri ona sənədləri imzalamağı təklif ediblər. Bu sənədlərə əsasən, bazarın bir hissəsi MTN-çilərin olmalıydı. Həmin müstəntiqlərin adları hələlik açıqlanmır, ancaq Cəfərov konkret adlar göstərib. İş adamı görəndə ki, müqavimət mənasızdır və ölümə bərabərdir, bazarın ərazisindəki “Maral Veqa”x9d adlı böyük obyektini MTN-çilərə verməli olub. Keçmiş nazir Eldar Mahmudovun müavininin yaxın qohumu bu gün də vaxtilə S.Cəfərovdan quldurluq yolu ilə alınmış “Maral Veqa”x9dnın sahibi kreslosunda oturur.
MTN-də müsbət dəyişikliklər baş verir
Hazırda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) müsbət dəyişikliklər baş verir. Bunu “Trend”x9də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. Hansısa gizli həbsxananın olmasına gəlincə, E.Behdudov qeyd edib ki, bu barədə məlumatı yoxdur. O təsdiq edib ki, 1995-ci ildə Xüsusi İdarə tərəfindən tutularaq həbsdə saxlanılıb: “Lakin bu idarə müstəqil idi və MTN-lə heç bir əlaqəsi yox idi”x9d.
































































































