Maştağanın yolları TƏMİR olunacaqmı? – AAYDA icra hakimiyyətini hədəf GÖSTƏRDİ

Hazırda oxunan: Maştağanın yolları TƏMİR olunacaqmı? – AAYDA icra hakimiyyətini hədəf GÖSTƏRDİ

105729

Sabunçu rayonu Maştağa qəsəbəsinin yolları acınacaqlı durumdadır. Qəsəbənin Savalan massivi deyilən ərazisinin yollarının yararsız olması orada yaşayan sakinləri təngə gətirib. Dəfələrlə şikayətləndikləri Maştağa bələdiyyəsi və Sabunçu Rayon İcra Hakimiyyətindən də məsələyə adekvat addım yoxdur.

Sakinlərin şikayətlərinə görə yağış yağanda sözügedən ərazi daha keçilməz duruma düşür. Massivin küçələrində yolun təmirinə və asfaltlanmasına böyük ehtiyac var.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında yağışlı havalardan sonra paytaxtın qəsəbədaxili, həmçinin bəzi Bakıətrafı qəsəbə yollarının bərbad durumda olması ilə bağlı şikayətlər artıb:

“Hər gün sosial şəbəkələrdə və KİV-də bununla bağlı məlumatlar verilir. Yol haqqında danışılanda isə ilk növbədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xatırlanır. Amma qeyd etməliyik ki, respublikanın şəhər, qəsəbə və kənddaxili küçə və yolları Agentliyin balansında deyil. Qeyd edilən küçə və yollara tərəfimizdən xidmət göstərilmir. Sözügedən küçə və yollar yerli icra hakimiyyətləri və bələdiyyələrin aidiyyəti üzrə təqdimatı əsasında baş tutur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin