Elnur Məmmədovun şikayəti təmin edilmədi
Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, Elnur Məmmədovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elnur Məmmədova 6 ay cəza kəsilib.
Qeyd edək ki, iddiaçı Müdafiə Nazirliyinin hüquq departamentinin rəisi Elçin Əliyev Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.
Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunub.
Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi.
Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 22.11.2022
Həbsdə olan polkovnikin şikayəti təmin edilmədi
Hazırda oxunan: Həbsdə olan polkovnikin şikayəti təmin edilmədi
Hazırda oxunan: Həbsdə olan polkovnikin şikayəti təmin edilmədi
105723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.