Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova. İki gün əvvəl - noyabrın 20-də doğum günü idi Gültəkin xanımın.
Bizim.Media Milli Qəhrəmanın şərəfli ömür yoluna işıq tutur, keçdiyi döyüş yolunu bir daha oxucularımıza xatırladır.
Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakıda anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həkim işləyən Gültəkin Əsgərova] Qarabağ müharibəsi başladığı zaman, körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə gedib.
O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdi.
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra şəhəri sonuncu tərk edənlərdən biri olub. Anasına göndərdiyi məktubunda o, yazmışdı:
Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…[4]
Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır.
Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.
Onun Bakıya gətirilən tabutunun üstündə xarı bülbül var idi. Gültəkin Əsgərova 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.[2]
O, ailəl i idi, Əminə adlı qız övladı qalıb.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti, 2a ünvanındakı binaya onun xatirə lövhəsi vurulub.
Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulub. Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılıb.
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilib, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 22.11.2022
Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın şərəfli ÖMÜR YOLU – FOTO
Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın şərəfli ÖMÜR YOLU – FOTO
Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın şərəfli ÖMÜR YOLU – FOTO
105706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.