Koronavirusun əsas sirri nədir? - İsveçrənin “Le Temps” qəzeti AÇIQLADI

Hazırda oxunan: Koronavirusun əsas sirri nədir? - İsveçrənin “Le Temps” qəzeti AÇIQLADI

10568

İsveçrənin “Le Temps” qəzeti koronavirusla bağlı suallar dərc edib. 

Bizim.Media xəbər verir ki, “Le Temps” qəzeti COVİD-19-a aid indiyədək çözülməyən məsələləri qabardıb. Həmin yazını təqdim edirik: 
 

MÖVZU İLƏ BAĞLI:

''Azərbaycan beynəlxalq tərəfdarları qarşısında nə qədər məsuliyyətli olduğunu nümayiş etdirdi'' - Ekspert


“Virusla bağlı yoxlanılan çox versiya var, amma bir dənə də olsun, isbatlanan postulat yoxdur.

Bir ildən çoxdur ki, bütün dünyada tüğyan edən virusun sirri hələ də tapılmayıb. Çox suallar da cavabsız qalıb. 

Məsələn, epidemiya əslində necə başladı? Belə hesab etməyi qərara alıblar ki, “SARS-Cov-2” Çində yarasalarda yaranıb. Amma virus insanlara yarasadan yox, başqa növdən keçməliydi.

İnsanla yarasa arasındakı “virus vasitəçi”sinin axtarışları isə hələ də uğurlu nəticə verməyib. Gen ardıcıllığı yoxdur və deməli virusun necə yarandığı bəlli deyil. Virusun laboratoriyadan xəlvət qaçırılaraq yayılması barədə variantın da sübutu yoxdur.

Digər sual virusun ötürülməsi ilə bağlıdır. İndiyə kimi bunun necə baş verdiyi təsbitlənməyib.

COVİD-19 ilə bağlı immun sisteminin nə qədər müddətdə möhkəm qaldığı, virusun ölümcüllük dərəcəsi də hələki dəqiq müəyyənləşməyib.

Suallar arasında infeksiyanın hansı dərmanlarla müalicə edilməli olduğu, nəyə görə bəzi hallarda yoluxmalar ciddi, bəzi hallarda isə zərərsiz olur? Virusun mutasiyası da sirlərlə doludur. 

Başqa bir anlaşılmaz məsələ virusun uşaqlar üçün daha az təhlükəli olması və azyaşlıların COVİD-19-un ötürülməsində və yayılmasındakı payının qeyri-müəyyənliyidir. Ev heyvanlarının virusa yoluxub, yoluxmadığı da maraqlıdır.

Nəhayət, əsas suallar da cavabsız qalır.

Epidemiya nə vaxt və nə ilə qurtaracaq? Koronavirus mövsümi xarakter alacaqmı? Yaxın zamanlarda yoluxmaların sayı azalacaqmı? Vaksinlərin effektivliyi olacaqmı?”.

Qeyd edək ki, son məlumatlara görə, dünyada koronavirusa yoluxan 102 milyon insan var. 2.2 milyon insan isə pandemiyanın qurbanı olub. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin