BMT-dən Mehriban Əliyevaya diplom - FOTO

Hazırda oxunan: BMT-dən Mehriban Əliyevaya diplom - FOTO

105657

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.

Moderator.az xəbər verir ki, görüşdə Mehriban Əliyeva Heydər Əliyev Fondunun nəinki ölkəmizin, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirib.

“Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib”x9d, - deyən Heydər Əliyev Fondunun prezidenti bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Babatunde Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söyləyib.

Görüşün sonunda Babatunde Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nın Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.

BMT-dən
BMT-dən
BMT-dən

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin