Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Aeroport yolunda hərəkət edən avtomobilin sürət həddini aşması və təhlükəli manevr hərəkətləri etməsi zəncirvari qəzanın baş verməsinə səbəb olub.
Yolun sol zolağında hərəkət edən “Mercedes-Benz” markalı avtomobil sağ zolağa keçmək istəyərkən dönmə işığından istifadə etməyib. Həmin anlarda avtomobillə eyni istiqamətdə hərəkət edən “Chevrolet” markalı avtomobil də dönmə işığı yandırmadan sağ zolağa çıxmaq istəyib.
“Chevrolet” markalı avtomobilin sürücüsünün ara məsafəni gözləməməsi nəticəsində nəqliyyat vasitəsi “Mercedes-Benz”ə çırpılıb. “Mercedes-Benz” isə qarşısında hərəkət edən “Honda”ya dəyib.
Qəzadan sonra “Chevrolet” avtomobilinin sürücüsü idarəetməni itirib və yolun sağındakı dəmir arakəsmələrə çırpılıb.
Hadisənin görüntülərini təqdim edirik:
Bizim.Media