Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı yayıb.
O deyib ki, rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edilib ki, hadisə noyabrın 22-də rayonun Şükürbəyli kəndində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib. Report.az-ın məlumatına görə hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 22.11.2022
DSX-nin hərbçisinin öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı
Hazırda oxunan: DSX-nin hərbçisinin öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı
Hazırda oxunan: DSX-nin hərbçisinin öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı
105622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.