İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır – FOTO 

Hazırda oxunan: İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır – FOTO 

105551

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində son 2 ay ərzində “BRAVO” marketlər şəbəkəsinin Əhmədli, Koroğlu, Gənclik Mall və Sumqayıt filiallarından 41 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib. 

Şöbə müdiri bildirib ki, ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən may ayında start verilmiş layihə çərçivəsində bugünədək 232 kq işlənmiş batareya toplanıb.

“Layihənin məqsədi insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyaların toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsidir”,-deyə S.Məmmədova bildirib. 

O qeyd edib ki, hazırda işlənmiş batareyaları toplama qutuları “Bravo”, “Araz”, “Neptun”, “Rahat”, “Bazarstore” marketlərində yerləşdirilib.

Yaxın zamanlarda bir çox bank və otellərdə də bu cür qutuların yerləşdirilməsi planlaşdırılır:

“Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin