“Bu təkanlar qorxulu deyil, əhali narahat olmasın” - Baş seysmoloq

Hazırda oxunan: “Bu təkanlar qorxulu deyil, əhali narahat olmasın” - Baş seysmoloq

10551

“Hər gün Şamaxıda 30-50 arası xırda təkanlar olur. Dünən gecə qeydə alınan təkanlar isə qorxulu deyil”.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda baş verən vulkan püskürməsi torpaqlara fayda verəcək - RƏY


“Bu təkanlar hiss edilsə də qorxulu deyil, əhali narahat olmasın.

Yer daxilində gedən geodinamik prosesdir. Azərbaycan seysmogen bölgə olduğuna görə, zəlzələnin olması qaçılmazdır. Sürüşmə zonası, torpaq boşluğu olan yerlərdə də  torpaq çatları olur”,- deyə o, qeyd edib.

Xatırladaq ki, dünən axşam saatlarında Şamaxı rayonu ərazisində 3 ballıq zəlzələ qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə baş verib.  

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin