Qaxda ayılar EKOLOJİ FƏLAKƏT həddində çoxalıb – “Turları və palıd ağaclarını məhv edirlər”

Hazırda oxunan: Qaxda ayılar EKOLOJİ FƏLAKƏT həddində çoxalıb – “Turları və palıd ağaclarını məhv edirlər”

105494

Qaxda Qafqaz qonur ayılarının sayı bir neçə dəfə artıb. İndi kəndlərə yaxın ərazilərdə, müşahidə olunan yol və cığırlarda onlarla rastlaşmaq adi bir işdir.

Ayıların yaşayışı və hərəkətini vaxtaşırı müşahidə edən qoruğun direktor müavini Azərçin Muradov maraqlı hadisə və məlumatları Bizim.Media ilə də bölüşüb.   

Azərçin Muradov bildirir ki, bu yırtıcı ilk baxışdan ləng və yöndəmsiz təəssürat bağışlasada, olduqca cəld və çevikdir. Qaçarkən və ovuna həmlə edərkən 60 km/saata qədər sürətlə hərəkət edir:

“Son illərin tədqiqatlarına qədər güman edirdik ki, ayılar təbiətdə yalnız xəstə və taqətsiz vəhşi heyvanları ( tur, cüyür, maral, qaban və sair nəzərdə tuturam-red.) ovlaya bilirlər. Lakin tədqiqatlar zamanı dərələrinin keçilməz cığırlarında və dar yerlərində, eləcə də, təbii duzlaq yerlərində çox sayda dişi turların və yeniyetmələrin, pusquda dayanmış ayıların hücumuna məruz qaldıqlarının şahid olmuş və parçalanmış qalıqlarını müayinə etmişik”.

QEYD: İlisu Dövlət Təbiət Qoruğu (IDTQ) 1987-ci ildə yaradılıb. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq və s. ibarətdir. 


Direktoru müavini bildirir ki, qış mövsümü mülayım keçdikcə erkək və cavan dişi ayılar meşəliklərdə dolaşaraq yemlənirlər, təbii ki, mürgüdə vururlar:

“Dekabr-mart aylarında keçirdiyimiz reydlər zamanı qarlı və donmamış cığırlarda gecə və gündüz dolaşan ayıların izlərinə tez-tez rast gəlirik”, - deyə Azərçin Muradov müxtəlif dövrlərdə çəkdiyi rəsmləri də göstərir. 

Qoruq direktorunun müavinin sözlərinə görə, ayıların yem rasionuna 70-dən artıq bitki növünün daxil olduğunu müəyyən ediblər:  

“Təəssüf etdiyim budur ki, ayılar yemlənmək məqsədi ilə cavan palıd ağaclarını gəmirib qıraraq onları məhv edir, iri palıd, şabalıd, qoz, saqqızağacı və s. ağacların budaqlarını qırıb-sındıraraq onlara ciddi ziyan vurur, boy artımının dayanmasına, eləcə də, müxtəlif xəstəliklərə yoluxmalarına səbəb olur”.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin