Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bu gün səhər saatlarında Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub.
Xəsarət alan şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Qəzanı törədən sürücü saxlanılıb.
Bizim.Media