Bu barədə Teleqraf.com-a qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. O bildirib ki, yaxın dəqiqələrdə məsələ ilə bağlı ətraflı açıqlama yayılacaq.
***
Yazıçılar Birliyinin yaydığı açıqlamada isə deyilir: “Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılsın”x9d.
































































































