Əsaslı şəkildə təmir edilən köhnə Bakı-Quba yolunda işlər plana uyğun aparılır.
Bizim.Media xəbər verir ki, yolun 77-87-ci kilometrliyində asfaltlanma işləri bu gün başa çatdırılıb.
Döşənilən asfalt örtüyü xüsusi texnikalar vasitəsilə kipləşdirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, köhnə Bakı-Quba yolu hələlik paytaxt istiqamətində təmir edilir.
Təmirin birinci mərhələsinin bu ilin sonuna qədər tam yekunlaşdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media