Şəmkirdə dəm qazı CAN ALDI 

Hazırda oxunan: Şəmkirdə dəm qazı CAN ALDI 

105294

Şəmkir şəhəri Səməd Vurğun küçəsində 40 yaşlı rayon sakini yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumatına görə, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 1982-cı il təvəllüdlü Abulrəhimov Elbrusun yaşadığı evdə dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları və rayon prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırma zamanı məlum olub ki, E.Abulrəhimov hamamda dəm qazından boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin