AZƏRTAC-da şok rüşvət və korrupsiya faktları aşkarlandı – Aslan Aslanov işdən çıxarılır

Hazırda oxunan: AZƏRTAC-da şok rüşvət və korrupsiya faktları aşkarlandı – Aslan Aslanov işdən çıxarılır

105251

Azərbaycan Dövlət İnformasiya Agentliyində (qısa adı AZƏRTAC) yoxlamalar başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Büdcə pulları rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun yaxın günlərdə baş verən bu hallara görə işdən çıxarılacağı gözlənilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.
AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin