Abşeron Rayon İcra Hakimiyyətinin yalanı ÜZƏ ÇIXDI – “Məndən 10 min manat pul alıblar”

Hazırda oxunan: Abşeron Rayon İcra Hakimiyyətinin yalanı ÜZƏ ÇIXDI – “Məndən 10 min manat pul alıblar”

105246

Yağışlardan sonra I Qarabağ qazisi Aslan Qurbanovun evinin çirkab su ilə dolduğunu xəbər vermişdik.

Yaşadığı evin acınacaqlı durumu ilə bağlı Bizim.Media-ya görüntülər təqdim edən şikayətçi 3 ildir eyni problemlə qarşı-qarşıyadır. 
 

MÖVZU İLƏ BAĞLI:

Hər yağışdan sonra evi GÖLMƏÇƏ olur - Evində çəkmə ilə gəzən vətəndaşdan ŞOK VİDEO


Söhbət Abşeron rayonu Şamaxı yolu “At yalı” deyilən ərazidə Aslan Qurbanovun 25 il əvvəl tikdiyi evdən gedir. Dediyinə görə 3 ilə qədər heç bir problem olmayıb.

Son illər isə hər yağışdan sonra evi yarıya qədər çirkab sularına bürünür. Hazırda da vəziyyət dəyişməyib. Baxmayaraq ki, yağış bir neçə gün əvvəl yağıb. Qazinin evi hələ də su altındadır. 

Məsələ ilə bağlı görüntüləri Abşeron Rayon İcra Hakimiyyətinə göndərsək də iki gündür araşdırma apardıqları vətəndaşın evinə baxış keçirən tapılmır.

Halbuki İcra hakimiyyətinin rəsmisi Seymur Qasımov problemin həll edildiyini, qazinin evinə texnika və əməkdaşlar göndərildiyini demişdi. Hətta hadisə yerinə gedib problemin necə çözülməsini öz gözlərimizlə görməyə təkid edirdi. Məlum olub ki, Abşeron Rayon İcra Hakimiyyəti nəinki vətəndaşın evinə əməkdaşlarını və texnikasını göndərib, boş vəd verərək, bu dəfə də qazini aldada bilib.  

Bunu şikayətçi bizə açıqlamasında bildirib. 

Aslan Qurbanov növbəti dəfə Bizim.Media-ya müraciət edərək illərdir Abşeron Rayon İcra Hakimiyyətinin yalan və boş vədlərindən təngə gəldiyini xatırladıb:

“Evim hələ də su içindədir. Anlayırsınız, mən evimdən didərgin düşmüşəm və maşında yatıram.

Bir dəfə zəng etdilər, həmişəki kimi gələcəyik dedilər. Yenə eyni hal... Hələ də qapımı açan yoxdur. İcra hakimiyyəti illərdir yalan vədlər verir, bu dəfə də sizi aldadıb. Artıq cana doymuşam.
Vətən uğrunda oğlu da, özü də döyüşmüş bir adamı yox saymaq nə deməkdir? Nə vaxta qədər suyun içində yaşamalıyam? Halbuki evi tikəndə İcra hakimiyyəti məndən 10 min manat pul alıb”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin