Narkotik aludəçisi olduğu iddia edilən "Matı" ləqəbli Məsuma Sultanova 4 körpəsini evdə qoyaraq qaçıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Xəzər Xəbər”ə sakinlər bildirib.
Onlar iddia edirlər ki, Məsumə Sultanovanın mənzili narkotik maddə satışının ünvanı olub.
Şikayətçilərin sözlərinə görə, M.Sultanovanın qonşuları bununla bağlı dəfələrlə polisə müraciət də ediblər.
Qeyd edək ki, Məsumə Sultanovanın böyük övladının 10 yaşı var, ən kiçiyi 10 ayllıqdır. On ildir birlikdə yaşadığı Elnur adlı şəxs deyir ki, dəfələrlə övladlarının anası olan Məsuməni bu yoldan çəkindirmək istəyib, amma alınmayıb. Üzünün göstərilməsindən imtina edən Elnur usaqlara tək baxır.
Elnur bildirib ki, dəfələrlə ona polisə könüllü təslim ol desə də, Məsumə nə əməlindən əl çəkib, nə də düz yola gəlib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Vidadi küçəsində qeydiyyatda olan 33 yaşlı Məsumə Sultanova bu ilin oktyabrında Binəqədi polisi tərəfindən saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağıza bükülmüş halda xalis çəkisi 1.349 qram narkotik vasitə hesab edilən "metamfetamin” aşkar edilək götürülüb.
Qeyd edək ki, onun barəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:45 / 19.11.2022
Narkotik aludəçisi olan “Matı” 4 körpəsini evdə qoyub qaçıb - VİDEO
Hazırda oxunan: Narkotik aludəçisi olan “Matı” 4 körpəsini evdə qoyub qaçıb - VİDEO
Hazırda oxunan: Narkotik aludəçisi olan “Matı” 4 körpəsini evdə qoyub qaçıb - VİDEO
105187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.