Şeyxülislam Allahşükür Paşazadənin evində ailəsi, nəvələri ilə söhbət o qədər şirin oldu ki, saatın necə keçdiyinin fərqinə varmadım.
Bu sözləri ANS kanalının aparıcısı Rövşanə Bektaşi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin evində qonaq olan zaman deyib.
Moderator.az məlumat verir ki, aparıcı “Yoldaş Rövşanə”x9d verilişinin çəkilişləri zamanı Şeyxin özü və ailəsi ilə yaxından tanış olub. Çəkilişdən fotoları sosial şəbəkədə paylaşan aparıcı belə qeyd edib:
“Şeyxülislam Allahşükür Paşazadənin evində ailəsi, nəvələri ilə söhbət o qədər şirin oldu ki, saatın necə keçdiyinin fərqinə varmadım. Xanımı mənimlə təkbətək söhbətdə çox maraqlı məqamlara toxundu. İlk dəfə şeyx haqqında bəzi sirrləri danışdı. Ailə olduqca səmimi idi”x9d.




































































































