Gəncədə yuxarı mərtəbədən düşərək həyatını itirən qızın ölüm səbəbi araşdırılır - RƏSMİ 

Hazırda oxunan: Gəncədə yuxarı mərtəbədən düşərək həyatını itirən qızın ölüm səbəbi araşdırılır - RƏSMİ 

105154

“Gəncədə 15 yaşlı qızın yüksək mərtəbəli binadan yıxılaraq ölməsi hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verməsi hüquq mühafizə orqanları tərəfindən araşdırılır".

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.

Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər ərazisində bir nəfər xanımın yüksək mərtəbəli binadan yıxılaraq ölməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları və şəhər prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, yüksək mərtəbədən düşərək ölən 2007-ci il təvəllüdlü Ş.Məmmədovadır.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin