"Mütləq bir gün 35 milyonluq xalq öz haqqını alacaq"

Hazırda oxunan: "Mütləq bir gün 35 milyonluq xalq öz haqqını alacaq"

105147
İran televiziyasında Azərbaycan türklərinin təhqir edilməsi Güney Azərbaycan türklərini ayağa qaldırıb.

Bir neçə şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. İran polisi isə aksiya iştirakçılarını dağıtmaq üçün güc tətbiq edib.

Azərbaycan dövləti bu proseslərdə hansı mövqe sərgiləməlidir?

Moderator.az xəbər verir ki, İranda baş verən prosesləri Ümid Partiyasının sədri İqbal Ağazadə ölkə.az-a şərh edib:

"Güney Azərbaycanda bu tipli hadisələr mütəmadi baş verir. İran millətimizin haqqına girir, dil və insan haqları pozulur. Orada daim həbslər, öldürülmələr, mühacirət həyatı yaşayan soydaşlarımız var. Mütəmadi olaraq İran televiziyası şovnizmə söykənərək millətimizin dilini, mədəniyyətini, bütövlükdə xalqın özünü təhqir edir.

Hesab edirm ki, bu gün bütün siyasi qüvvələr, təşkilatlar dünya ictimaiyyətinə bu və ya digər şəkildə müraciətlər etməlidir ki, millətimizin haqqı qorunsun və onlara qarşı repressiya siyastinin aparılması durdurulsun. Azərbaycan hökümətinin də Xaricdə yaşayan həmvətənlərlə iş üzr Dövlət Komitəsi bu məsələyə biganə qalmamalıdır. Birmənalı olaraq xaricdə yaşayan azərbaycanlıların, o cümlədən Güney azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində kifayət qədər ciddi mövqe sərgiləməlidir.

Hesab edirəm ki, baş verən proses təkcə dillə bağlı deyil. Bu proses Azərbaycan türklərinin diskriminasiyasına, haqlarının pozulmasına görə baş verən, zaman-zaman üst-üstə yığılan problemlərdən doğan məsələdir. Mütləq bir gün 35 milyonluq xalq öz haqqını alacaq. Ümid Partiyası olaraq bəyanat vermişik. Orada baş verən hadisələri dəqiqliklə izləyib, beynəlxalq təşkilatlara müraciət edəcəyik".

Qeyd edək ki, aksiya iştirakçıları " Haray, haray mən türkəm!", "Azərbaycan əyilməz, türkün beli bükülməz!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" kimi şüarlar səsləndirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin