Ümid Partiyası Güney Azərbaycanda baş verənlərlə bağlı bəyanat yayıb.
Moderator.az -ın məlumatına görə, bəyanatda deyilir:
“Noyabrın-9 da Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Meşkinşəhr və başqa şəhərlərində son günlər İran televiziyasında Azərbaycan türklərinə qarşı hörmətsizliyə etiraz olaraq kütləvi aksiyalar keçirilmiş, soydaşlarımız bir daha milli ayrı-seçkiliyi qınamaq üçün dinc nümayişlərə çıxmışlar. Təəsüflər olsun ki, bu aksiyalarda etirazçılar polis və təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla üzləşmiş, çoxlu sayda soydaşımız yaralanmış, həbs olunmuş və müxtəlif təzyiqlərlə üzləşmişlər. Güney Azərbaycandan daxil olan bu xəbərlər bizləri də nigaran etmişdir.
Ümid Partiyası olaraq Tehran hökumətini tezliklə bu diskriminasiya hallarına son qoymağa, eləcə də dünən öz təbii haqları uğrunda etiraz edərkən həbs olunan soydaşlarımızı dərhal azad etməyə, beynəlxalq qurumları da bu olaya seyrçi qalmamağa çağırırıq.”x9d
































































































