Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib - FOTO

Hazırda oxunan: Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib - FOTO

105142

Noyabrın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.
Komitə sədri bildirib ki, gündəliyə 10 məsələ daxil edilib və bunlar  birinci oxunuşda olan qanun layihələridir.

Əli Hüseynli gündəliyin birinci məsələsi olan “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)” əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılması ilə bağlıdır.
Müvafiq fərmanlarla həmin qurumların əsasnamələri, strukturları təsdiq edilmiş, fəaliyyət istiqamətləri, səlahiyyət bölgüsü dəqiq müəyyən edilmişdir.

Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının bir sıra qanunlarında yuxarıda qeyd edilən dəyişikliklərin nəzərə alınması məqsədilə hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin