Monitorinq Mərkəzi Laçına köçürülsün! - “Azərbaycan belə bir iddia qaldıra bilər”

Hazırda oxunan: Monitorinq Mərkəzi Laçına köçürülsün! - “Azərbaycan belə bir iddia qaldıra bilər”

105104

Son zamanlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlı tör-tüküntülərinin yenidən aktivləşdiyi hiss olunur. Laçın istiqamətində yaradılan dəhliz vasitəsilə Qarabağın ermənilər yaşayan hissəsinə qanunsuz olaraq silahlar və silahlı dəstələr gətirilməkdə davam edir. Yaranmış vəziyyət həmin ərazidə nəzarət prosesinin obyektivliyinin təmin olunmasını vacib edir. Bunun üçün müxtəlif addımlar atıla bilər. Həmin addımlardan biri də Ağdamda yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin Laçın ərazisinə və alternativ yola köçürülməsi perspektividir. Azərbaycan belə bir iddia ilə çıxış edə bilərmi?

Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev Bakının bu istiqamətdə iddia qaldırmasını mümkün sayır. Həmsöhbətimizin fikrincə, amma Rusiya buna getməyəcək: 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyəti ÜZƏ ÇIXIR – Nə baş verir? 


“Son günlər ermənilərin Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə aktivləşməsi müşahidə olunur. Bu da təsadüfi deyil ki, bir sıra səbəblərlə bağlıdır.

Birincisi, Praqa görüşündən dərhal sonra Ermənistan hakimiyyəti ərazidəki qansuz silahlı birlikləri silahlandırmağa başlayıb. Müvafiq hərbi təlimlər keçirlir və hətta mühəndis istehkamları qurulur. Bu da onu göstərir ki, erməni cəmiyyəti sülhə yox, yeni münaqişəyə hazırlaşır.

İkincisi, Ermənistanı buna sövq edən Fransa və İran kimi dövlətlərdir. Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi son qətnamə demək olar ki, Paşinyanın bəyanatı ilə üst-üstə düşür. Buradan da belə nəticə əldə olunur ki, Ermənistan yenidən siyasi manevrlər edərək vaxt udmaq niyyətindədir və sülh prosesini gecikdirməyə yönəlik addımlar atır. Belə olan halda, bu proseslərin Rusiya sülhməramlılarının nəzarəti altında həyata keçirilməsini nəzərə alaraq bir sıra qəti addımlar atıla bilər. Humanitar məqsədlər üçün açılmış Laçın dəhlizində aparılan yoxlamalar Azərbaycan tərəfindən təşkil olunmalıdır. Eyni zamanda qanunsuz silahlı birliklərə qarşı anti-terror əməliyyatının keçirilməsi artıq an məsələsidir. Çünki Azərbaycan bu barədə dəfələrlə xəbərdarlıq edib. Belə olan halda 10 noyabr bəyanatının bəndlərinin icra olunmamasına Azərbaycan növbəti müddətdə əvvəlki tək daha müşahidəçi kimi yanaşmayacaq. Ermənistanın riyakar siyasi və hərbi məqsədli manevrlərinə qarşı qəti tədbirlər görülməlidir”. 

Politoloq hesab edir ki, bu mənada mövcud vəziyyətdə Monitorinq Mərkəzinin yerinin Laçına dislokasiya olunması doğru addım olardı:
 

“Yaranmış vəziyyətdə Azərbaycan belə bir iddia ilə də çıxış edə bilər. Amma bunun üçün həm Türkiyə, həm də Rusiyanın birgə razılığı olmalıdır. Ancaq Moskvanın bu istiqamətdə razılığa gələcəyini düşünmürəm. Çünki bu onların maraqlarına cavab vermir. Ona görə də, indiki zamanda mərkəzin dislokasiya olunmasındansa, Laçın dəhlizi ilə Azərbaycan ərazisinə sızan təhlükənin aradan qaldırılması daha vacib və prioritet hesab olunur.


Ermənistan tərəfindən son günlər artan hərbi və təhdid xarakterli ritorika da onu deməyə əsas verir ki, ermənilər Azərbaycanla sülh sazişini imzalmaqda maraqlı deyillər. Belə olmasaydı Paşinyan çərçivə sazişi oyununu ortaya atmazdı. Azərbaycan heç vaxt belə məntiqsiz sənədi masaya çıxarmayacaq”.

Qeyd edək ki, iki ilə yaxındır Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Onun dislokasiya mərkəzi isə Ağdamdır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin