Şamaxıda ağır qəza baş verib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 16-da saat 20:30 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.
“Azərişığ”ın vəzifəli əməkdaşı, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlunun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü, avtomobildə olan sərnişinlər: sürücünün həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı və 2020-ci il təvəllüdlü oğlu ağır xəsarətlər alıblar. Xəstəxanaya yerləşdirilən 22 yaşlı Suğra Əkbərli bir neçə saat sonra vəfat edib.
Əldə etdiyimiz məlumata görə, İsmayıllı rayon sakini olan E.Əkbərli son günlərədək “Azərişıq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Oğuz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxıb və Bakıya təyinat alıb. Hadisə də ailəsi ilə birgə Bakıya gələrkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:15 / 18.11.2022
Vəzifəli şəxs ailəsi ilə qəzaya düşdü - 22 yaşlı xanımı öldü
Hazırda oxunan: Vəzifəli şəxs ailəsi ilə qəzaya düşdü - 22 yaşlı xanımı öldü
Hazırda oxunan: Vəzifəli şəxs ailəsi ilə qəzaya düşdü - 22 yaşlı xanımı öldü
105060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.