9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2009-cu ildən dövlət bayramı kimi qeyd edilir.xa0
Belə ki, 1918-ci il noyabrın 9-da Azərbaycanın üçrəngli bayrağı rəsmi dövlət atributlarından biri olaraq, Azərbaycan Demokratik Respublikasının dövlət bayrağı kimi təsdiq olunub.xa0
1918-ci il dekabrın 7-də Azərbaycan Demokratik Respublikasının parlament binasının qarşısında dövlət bayrağı ucaldılıb.xa0
2009-cu il noyabrın 17-də dövlət başçısının "Azərbaycan Respublikasının Dövlət Bayraq Gününün təsis olunması" haqqında fərmanı ilə hər il noyabrın 9-u Dövlət Bayraq Günü kimi qeyd olunur.xa0
Azərbaycan bayrağının üç rəngi dövlətin milli siyasətinin üç əsas prinsipini əks etdirir. Mavi zolaq altında Azərbaycan xalqının türk kökənli olmasını, qırmızı rəng cəmiyyətin müasirləşməsi və demokratiyanın inkişafını, yaşıl rəng isə islam sivilizasiyasına məxsusluğunu ifadə edir.
Bəs, görəsən dövlət rəmzlərindən biri olan, xalqın and yeri olan dövlət bayrağımızın rənglərinin ifadə etdiyi mənanı, bu ideynın kimin tərəfindən verildiyini vətəndaşlar bilirmi?xa0
Musavat.com bu suala cavab almaq üçün paytaxt sakinləri arasında sorğu keçirib. Təəssüf ki, vətəndaşlar arasında bu suala doğru cavab tapa bilməyənlər də olub.xa0
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. (musavat.com)



































































































