"Hamilə iti vəhşicəsinə döyüblər və gözlərini kor ediblər. İndi görün, necə qorxunc və iyrənc məxluqlarnan bir dünyada yaşayırıq biz. Nə mərhəmətləri var, nə vicdanları, nə də hər hansısa insani dəyərləri".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin rəhbəri Fərid Mansurov sosial şəbəkə hesabında yazıb. O bu vəhşiliyə etirazını məmurlara xitabən aşağıdakı sözlərlə qeyd edib:
"Yüksək rütbəli məmur yoldaşlar, heyvanlara qarşı ölkədə baş alıb gedən zorakılığı görün artıq. Heyvana bunu edən insanamı acıyacaq? Uşağamı acıyacaq, ya da qadınamı acıyacaq?".
Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin rəhbəri Fərid Mansurov Bizim.Media-ya açıqlamasında bu vəhşiliyin Bakıda qeydə alındığını deyib. O təəssüflə heyvanın vəziyyətinin ağır olduğunu bildirib:
"Hazırda hamilə it ultrasəs müayinəsindən keçirilir. Onun balalarının ölüb ölməməsi üçün müayinə edilir. Vəziyyəti çox ağırdır. Heyvanın gözləri çox zədəlidir. Çalışırıq, gözlərini xilas edək".
Bizim.Media olaraq biz də bu vəhşiliyə yox deyirik. Cinayətlərin mənbəyi heyvanlara olan münasibətlərdən qaynaqlanır, ona görə də ətrafımızı xilas edək.
Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi deyir ki, cəmiyyətlərin səviyyəsi təbiətə və heyvanlara olan münasibətlə mütanasiblik təşkil edir. Acı da olsa, görünən odur ki, biz vəhşi cəmiyyətdə yaşayırıq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 18.11.2022
Bakıda hamilə itə qarşı vəhşilik – Dəhşətli KADRLAR
Hazırda oxunan: Bakıda hamilə itə qarşı vəhşilik – Dəhşətli KADRLAR
Hazırda oxunan: Bakıda hamilə itə qarşı vəhşilik – Dəhşətli KADRLAR
105049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.