Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsi 1 ünvanında yaşayan Ceyhun Cəfərzadənin evinə göndərilən hədiyyə paketindən qərənfil və qumbara çıxıb.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərdi - TƏFƏRRÜAT/VİDEO
Bildirilib ki, bu əməldə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ceyhun Cəfərzadə qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramovun göndərdiyini iddia etmişdi.
Bizim.Media