Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2-6 fevral tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.
AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Ağzıbir, Sarısu və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək.
MÖVZU İLƏ BAĞLI:
''Azərbaycanda quş qripi riski böyükdür'' - AQTA
Eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Abşeron, Xızı, Salyan, Neftçala, Haçıqabul, Lənkəran, Cəlilabad, Masallı, İmişli və Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Siyəzən, Xaçmaz, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarıdakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.
Bizim.Media