Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürərək mənimsəməkdə ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov 7 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. İttihama görə, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu bu işə pul yatırmağa inandırıblar.
Tağı Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onları şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb.
Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib. Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir.
Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir. 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb. Qeyd edək ki, cinayət işində adı hallanan Səadət Xəlilovun cinayət işi ayrıca icraatda araşdırılıb. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il azadlıqdan məhrum olunub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:51 / 18.11.2022
Tağı Əhmədovdan sələmə 2 milyon manat alan şəxslərə HÖKM OXUNDU
Hazırda oxunan: Tağı Əhmədovdan sələmə 2 milyon manat alan şəxslərə HÖKM OXUNDU
Hazırda oxunan: Tağı Əhmədovdan sələmə 2 milyon manat alan şəxslərə HÖKM OXUNDU
105039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.