Lənkəranda 19 yaşlı oğlanın qətli ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB

Hazırda oxunan: Lənkəranda 19 yaşlı oğlanın qətli ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB

105026

Lənkəran rayonunda gənc oğlanın qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

*** 09.55

Noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. 

Bildirilir ki, araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib. Araşdırmalar davam etdirirlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin