Milli Məclisin deputatına ağır itki üz verib

Hazırda oxunan: Milli Məclisin deputatına ağır itki üz verib

104969
Milli Məclisin deputatına ağır itki üz verib. Moderator.az Report-a istinadən xəbər verir ki, deputat Hüseynbala Mirələmovun qardaşı Əlirza Mirələmov dünyasını dəyişib.
Xatırladaq ki, Əlirza Mirələmovun oğlu Rəşad Mirələmov hazırda həbsdədir. O, Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.xa0
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə”x9d istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov”x9d markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin