“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

Hazırda oxunan: “AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

104938

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 17 noyabr 2022-ci il tarixli qərarına əsasən 09 yanvar 2023-cü il tarixində, saat 10:00-da Cəmiyyətin Bakı şəhəri A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 8-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Səhmdarların 09 yanvar 2023-cü il tarixində keçiriləcək ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin bəzi rəhbər şəxslərinin təyin olunması

2. Digər məsələlər.
 

MÖVZU İLƏ BAĞLI:

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!


Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.

Bizim.Media
    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin