Bu gün səhər saatlarında Şəmkir rayon Yeni Həyat kənd yolunda naməlum kişi meyiti olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, ilkin araşdırmalar nəticəsində meyitin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olduğu iə ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində öldüyü müəyyən olunub.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdə yol kənarında meyit tapıldı
Onun sözlərinə görə hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırmalara başlanıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu