Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sərbəst buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda sülhməramlılar üçün daha bir şəhərcik tikildi - FOTO
“Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi sərbəst buraxılıb”, - deyə açıqlamada qeyd edilib.
Bizim.Media