Beynəlxalq axtarışa verildikdən 1 il sonra Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən Mövsüm Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.
Hökmə əsasən, Mövsüm Mövsümov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq orqanı tərəfindən Mövsüm Mövsümovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Mövsüm Mövsümov Nabil Zeynalovun Şəki şəhərində tikiləcək, smeta dəyəri 6.200.000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı keçiriləcək tender müsabiqəsində yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışının vasitəsi ilə qalib etdirəcəyi barədə yalandan vəd verib. O, 1 dekabr 2020-ci ildə 240.000 manatını alaraq ona qarşı dələduzluq edib.
Cinayəti törədən Mövsüm Mövsümov daha sonra Ukraynaya qaçıb. O, 2021-ci ilin noyabrın 26-da Azərbaycana ekstradisiya olunub.
Məhkəmədə ifadə verən Mövsüm Mövsümov bildirib ki, Nabil Zeynalovdan aldığı pulun böyük bir hissəsini qumarda uduzub. O, daha sonra pul qazanmaq üçün Ukraynaya gedib, amma orada həbs olunub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:22 / 17.11.2022
6 milyonluq tenderlə bağlı dələduzluq edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: 6 milyonluq tenderlə bağlı dələduzluq edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: 6 milyonluq tenderlə bağlı dələduzluq edən şəxsə HÖKM OXUNDU
104835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.