DİN "AAAF" Parkdakı partlayışla bağlı məlumat yaydı – Araşdırmalar aparılır

Hazırda oxunan: DİN "AAAF" Parkdakı partlayışla bağlı məlumat yaydı – Araşdırmalar aparılır

104792

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məluamata görə, partlayış baş verən anda ərazidə xidmət aparan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

“AAAF” parkda partlayış – 4 nəfər yaralandı - FOTO


İlkin müdaxilədən sonra əməkdaşlar tərəfindən FHN-in qaynar xəttinə və Təcili Yardıma xəbər verilib. Ardınca partlayış baş verən yaşayış binasındakı əhalinin evakuasiyasına başlanılıb.

İlkin məlumata görə, ikisi uşaq olmaqla hadisə zamanı ümumilikdə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Binanın həyətində park edilmiş vətəndaşlara məxsus 2 avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə “AAAF” Park Yaşayış kompleksində baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin