Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri inşa ediləcək

Hazırda oxunan: Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri inşa ediləcək

104764

İşğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikilib istifadəyə veriləcək. 

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ 


Tədbirlər Planına əsasən, Olimpiya İdman Komplekslərinin tikintisi 2023-cü il, universal idman zallarının inşası isə 2024-cü ildə başlayacaq.

Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə həvalə olunub. 

Sənədə əsasən, idman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub. 

Həmçinin tədbirlər planına əsasən Ağdamın "İmarət" stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək. 

Arenanın layihələndirilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.

Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək. Tikintinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin