Mina üzrə 100-dən çox əcnəbi mütəxəssis AĞDAMDA - FOTO

Hazırda oxunan: Mina üzrə 100-dən çox əcnəbi mütəxəssis AĞDAMDA - FOTO

104732

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində "Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar" adlı beynəlxalq tədbir kecirilib.

Bizim.Media xəbər verir ki, noyabrın 16-sı və 17-də keçirilməsi nəzərdə tutulan tədbirdə xarici ölkələri təmsil edən 100 nəfərdən çox mina təmizləmə və mina təhlükəsizliyi mütəxəssisinin iştirakı nəzərdə tutulub. 

Tədbirin ilk günü qonaqlar ANAMA-nın Ağdamdakı bazasında olub, daha sonra onlara Ağdam Cümə Məscidində aparılan işlər haqqında məlumat verilib.

Beynəlxalq nümayəndələr rayonun Baş Qərvənd kəndi ərazisində mina təmizləmə əməliyyatlarını izləyib, aşkar edilmiş mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesini müşahidə ediblər. 

Tədbir mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəldərək, beynəlxalq iştirakçılar və qurumlar arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, minatəmizləmə sahəsində istifadə olunan yeni metodların tətbiqi imkanlarını araşdırmaqla, “minasız həyat” təşəbbüslərinə dəstək göstərmək məqsədi ilə həyata keçirilir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin