Biləsuvar rayonu Nəsimi kənd orta məktəbi qəzalı vəziyyətdədir. Sosial şəbəkələrdə şagirdlərin qəzalı sinif otağında dərs keçdiklərini əks etdirən görüntülər yayılıb. Görüntülərdən də məlum olur ki, döşəməsi, tavanı və divarları qopuq sinif otaqlarının , ümumilikdə isə məktəbin təmirə ehtiyacı var.
Bizim.Media məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət edib.
Qurum rəsmisi Gülay Qanbayzadə saytımıza açıqlamasında bildirib ki, sözügedən məktəb Dövlət proqramına salınıb və 2023-cü ildə yenidən tikilməsi nəzərdə tutulub:
“Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2022-ci tarixli sərəncamına müvafiq olaraq Nəsimi kənd tam orta məktəbin tikintisi nəzərdə tutulub..Bununla bağlı Regional İdarəyə Əsaslı Tikinti Təchizat idarəsi tərəfindən də müvafiq sənədlərin təqdim edilməsi üçün müraciət edilib. Həmin məktəbdə ölçmə işləri aparılıb. Kohnə bina qəzalı vəziyyətdədir və təmir olunmayıb”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 16.11.2022
Şagirdlər qəzalı vəziyyətdə DƏRS keçir - Biləsuvarın bu məktəbi nə vaxt TƏMİR OLUNACAQ?
Hazırda oxunan: Şagirdlər qəzalı vəziyyətdə DƏRS keçir - Biləsuvarın bu məktəbi nə vaxt TƏMİR OLUNACAQ?
Hazırda oxunan: Şagirdlər qəzalı vəziyyətdə DƏRS keçir - Biləsuvarın bu məktəbi nə vaxt TƏMİR OLUNACAQ?
104723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.