Bakıda dilənçi qadın 14 yaşlı kimsəsiz qızı istismar edir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qızın anası uzun müddətdir ki, dünyadan köçüb, atası isə həbs olunub.
Azyaşlı uzun müddət dayısı və digər qohumların himayəsində yaşayıb. Elə o vaxtdan da başına faciələr gəlib:
“Təhsili birinci sinifdən 5-ci sinfədək yarımçıq, o məktəbdən bu məktəbə köçürülməklə davam edib. Qızın dayısı həbs olunandan sonra uşağın başqa havadarları peyda olur. Biri yüngül həyat tərzi sürən qadın olur. O qadınla yaşadığı dövrə uşaq yekə bir "qıfıl" vurub.
Ardınca isə daha maraqlı bir himayədar peyda olur. Bu xüsusi qayğıya ehtiyacı olan, əlil arabasında olan bir qadındır. Özünü idarə edə bilmir və danışığında qüsurlar olduğundan fikrini tam sərbəst izah edə bilmir. Maraqlısı budur ki, qadın sosial müəssisəyə yerləşmək istəmir.
Bunu onun qohumları da istəmir. Qadın şəhərin mərkəzində kirayə ev tutub. Qohumlarına, hətta rəfiqəsinə maddi dəstək olur, yəni faizə pul verir. Bu pullar hardandır? Bax o zaman qızcığazın dəyəri məlum olur. Əlil arabasında Tarqovıda qadını gəzdirən bu qızcığazdır”.
Kəmalə Ağazadənin sözlərinə görə əlil arabasında olan fiziki və əqli qüsurlu qadın özünü yazıq göstərərək 14 yaşlı qızı ələ alıb:
“Toplanan pulu "küm" şəklində alan əlil arabasındakı qadındır.(Bu pullardan qohumlarına faiz verir) Bazarlığı edən isə tamam başqa adamlardır. Qızcığaz onu çox sevir. Çünki onu ac qoymayıb, yemək alıb, geyim alıb, uşağın tək dilənməyinə razı olmayıb.
Ancaq özünün dilənməyinə razı olub, qazancın nə qədər olduğunu qızcığaz bilməyib. (Uşaq deyir ki, heç vaxt yanımda pul saymazdı,arxa otağa keçib sayardı,amma bilirdim ki, olduqca çox puldur) Hə bu arada, bu qızcığazın sənədlərini də əlil arabasında olan qadın nəyə görəsə tanışlarından birinə verib. Uşaq sənədsizdir”.
Qeyd edək ki, başına müsibətlər gətirilən 14 yaşlı qız hazırda azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 16.11.2022
Bakıda 14 yaşlı qız necə ALDADILDI? – Tükürpədici FAKTLAR
Hazırda oxunan: Bakıda 14 yaşlı qız necə ALDADILDI? – Tükürpədici FAKTLAR
Hazırda oxunan: Bakıda 14 yaşlı qız necə ALDADILDI? – Tükürpədici FAKTLAR
104716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.